• cümə, 19 Aprel, 13:48
  • Baku Bakı 25°C

ABŞ-da aktiv qazma qurğularının sayı azalıb

25.05.19 16:30 668
ABŞ-da aktiv qazma qurğularının sayı azalıb
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalır.
AZƏRTACxəbər verir ki, bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 4 ədəd azalaraq 983 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 76 ədəd azdır.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 5 ədəd azalaraq 797 olub. Əvvəlki ilin eyni dövrünə görə neft qazma qurğularının sayında 62 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd artaraq 186 olub. Lakin keçən ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 12 ədəd azalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.
banner

Oxşar Xəbərlər