ABŞ-da aktiv qazma qurğularının sayı azalıb

ABŞ-da aktiv qazma qurğularının sayı azalıb

İqtisadiyyat
25 May 2019, 16:30 339
Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalır.
AZƏRTAC xəbər verir ki, bu barədə "Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 4 ədəd azalaraq 983 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 76 ədəd azdır.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 5 ədəd azalaraq 797 olub. Əvvəlki ilin eyni dövrünə görə neft qazma qurğularının sayında 62 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə 1 ədəd artaraq 186 olub. Lakin keçən ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 12 ədəd azalıb.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.