• cümə, 19 Aprel, 03:10
  • Baku Bakı 18°C

ABŞ-ın neft ehtiyatları artır

24.04.19 14:00 579
ABŞ-ın neft ehtiyatları artır
Ötən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları artıb.
AZƏRTACxəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 6,86 milyon barrel artıb. Bazar proqnozları isə ehtiyatların azalacağı istiqamətində idi.
Əvvəlki həftə ABŞ-ın neft ehtiyatları 3,1 milyon barrel azalmışdı.
Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.
banner

Oxşar Xəbərlər