Neftin qiyməti ucuzlaşıb

Neftin qiyməti ucuzlaşıb

İqtisadiyyat
15 Aprel 2019, 12:37 223
Dünya birjalarında neftin qiyməti ucuzlaşır.
AZƏRTAC xəbər verir ki, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,26 dollar geriləyərək 71,29 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar ucuzlaşaraq 63,53 dollar təşkil edib.