AZE | RUS | ENG |

Birləşmiş Ştatların neft ehtiyatları artıb

Birləşmiş Ştatların neft ehtiyatları artıb
ABŞ-ın xam neft ehtiyatları artır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədə neft ehtiyatları 3,7 milyon barrel (0,8 faiz) artaraq 454,5 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 3,1 milyon barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 3,6 milyon barrel çoxalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə əvvəlki həftə ilə müqayisədə dəyişməyərək 649,1 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 1,5 milyon barrel (0,6 faiz) azalaraq 256,8 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 350 min barrel geriləyəcəyi istiqamətində idi. Əvvəlki həftə ABŞ-ın benzin ehtiyatları 408 milyon barrel azalmışdı.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9008
GEL 1 1 Gürcüstan larisi 0.6128
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1523
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1767
CHF 1 1 İsveçrə frankı 1.6933
KWD 1 1 Küveyt dinarı 5.5837
TRY 1 1 Türkiyə lirəsi 0.2779