AZE | RUS | ENG |

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu
İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək. Lakin yanvarın 13-də axşama doğru bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 6-11, dağlıq rayonlarda 3-8 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsində yağmursuz hava gözlənilir. Lakin yanvarın 13-də axşama doğru yağış yağacağı gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 8-13, dağlıq rayonlarda 5-10 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında yağmursuz hava müşahidə olunacaq. Lakin yanvarın 13-də axşama doğru bəzi yerlərdə yağış yağacağı, səhər saatlarında duman olacağı gözlənilir. Havanın maksimal temperaturu 9-14 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi, lakin yanvarın 13-də axşama doğru yağıntılı olacağı, qar yağacağı gözlənilir. Havanın maksimal temperaturu 5-10 dərəcə isti təşkil edəcək.
Paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin yanvarın 13-də gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Arabir güclənən cənub-qərb küləyi yanvarın 13-də axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın maksimal temperaturu 8-12 dərəcə isti təşkil edəcək.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5927
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1315
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1824
CHF 1 1 İsveçrə frankı 1.7288
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.3019