• cümə axşamı, 28 mart, 19:35
  • Baku Bakı 13°C

2019-cu ildə 70-dən artıq KİV əməkdaşı öldürülüb

14.12.19 10:15 424
2019-cu ildə 70-dən artıq KİV əməkdaşı öldürülüb
2019-cu ildə dünyanın 26 ölkəsində 75 KİV əməkdaşı öldürülüb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə "Press Emblem Campaign" qeyri-hökumət təşkilatının illik hesabatında deyilir.
Vurğulanır ki, ötən ilin anoloji dövründə 113 KİV əməkdaşı öldürülüb.
Təşkilat qeyd edir ki, 2019-cu ildə çox sayda jurnalist yaralanıb, həbs edilib, təhdidlərə və hücumlara məruz qalıb.
Bu il öldürülən KİV əməkdaşları siyahısında ilk üç pillədə Meksika (13), Əfqanıstan (8) və Pakistan (8) qərarlaşıblar. Daha sonra Suriya (6), Honduras (5) və Filippin (4) yer alıblar. Jurnalist ölümlərinin qeydə alındığı ölkələr arasında həmçinin Ukrayna, Böyük Britaniya, Hindistan, Braziliya, Haiti, İndoneziya və digər ölkələr də daxil olub.
"Press Emblem Campaign" qeyri-hökumət təşkilatının məlumatına əsasəm, son 10 il ərzində 1174 KİV əməkdaşı öldürülüb.
banner

Oxşar Xəbərlər