• cümə axşamı, 18 aprel, 08:48
  • Baku Bakı 12°C

2019-cu il Avropa Oyunlarını keçirməyə əsas namizəd şəhərin adı açıqlanıb

24.09.16 12:02 1151
2019-cu il Avropa Oyunlarını keçirməyə əsas namizəd şəhərin adı açıqlanıb
2019-cu il Avropa Oyunlarını təşkil edəcək şəhərin adı gələn ay açıqlana bilər. "Report"un məlumatına görə, Avropa Olimpiya Komitələrinin (EOC) İcraiyyə Komitəsinin (İK) Slovakiyanın paytaxtı Bratislavada keçirilən iclasında əsas müzakirə mövzusu II Oyunların məkanı ilə bağlı olub.
Barəsində Braziliyada davam edən məhkəmə araşdırması ilə əlaqədar EOC prezidenti Patrik Hikki iclasa qatılmayıb. O, istintaq yekunlaşanadək bütün vəzifələrindən uzaqlaşıb. AzərbaycanMilli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadənin də üzvü olduğu İK iclasına sədrliyi Yanes Kosyançiç edib. O bildirib ki, 2019-cu il Avropa Oyunları EOC-un mütləq prioritetidir. Bu məsələ ilə bağlı yekun qərarın 21-22 oktyabrda Belarusun paytaxtı Minskdə keçiriləcək EOC-un Baş Assambleyasında verilməsinə dair yekdil razılıb əldə olunub. "İnside the Games" nəşri II Avropa Oyunlarını keçirməyə əsas favoritin elə Minsk olduğunu yazıb. Amma 2019-cu ildə Belarus paytaxtı Gənclərin Avropa Olimpiya Festivalına ev sahibliyi etməlidir. Minskin Eyni ildə iki böyük yarışa təşkilatçılığı isə inandırıcı görünmür.
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci ilin 12 - 28 iyununda Bakıda keçirilib.
banner

Oxşar Xəbərlər