Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX)
Aparatında, həmçinin yerli idarə, şöbə və bölmələrində, o cümlədən strukturuna
daxil olan qurumlarda Ümummilli Lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə
əlaqədar anım mərasimləri keçirilib.
SHXÇDX
Aparatında keçirilən mərasimdə Ulu Öndərin xatirəsi
bir dəqiqəlik sükutla yad olunub.
Xidmət
rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan
dövlətçiliyinin memarı olduğunu qeyd edib. Bildirib ki, Vətəninə hədsiz məhəbbət,
xalqının tarixinə, keçmişinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük
sevgi və sayğı nümunəsi olan böyük azərbaycanlı – Ulu Öndər Heydər Əliyev Azərbaycan
dövlətçiliyinin elə bir zirvəsidir ki, bu zirvə xalqımızın inkişaf və tərəqqiyə
gedən yolunu daim nurlandırır, dövlətimizin gələcəyinə işıq saçır.
Mərasimdə
Ümummilli Lider Heydər Əliyevin ömür yolu, ölməz ideyalarından söhbət açılıb.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali
Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin istər daxili, istərsə
də xarici siyasətində əldə etdiyi hər bir uğuru Ulu Öndərin zəkasının təcəssümü,
onun əmanət qoyub getdiyi milli tərəqqi ideyalarının qələbəsidir.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən
bəhs edən "Əbədiyyət” sənədli filmi nümayiş etdirilib.
Səfərbərlik
və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının və Bakı qarnizonunun hərbi
qulluqçuları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət
ediblər.