“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi
(DQİDK) və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən
"Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
mövzusundakı ikigünlük seminar-treninq öz işinə başlayıb.
Tədbirdə DQİDK və
RİH-in rəhbər şəxsləri, eləcə də rayon məktəblərinin direktorları, təlim-tərbiyə
işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, "Həyat bilgisi” fənnini tədris
edən müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə
açan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov bildirib ki,
dini etiqad azadlığına və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına dövlət tərəfindən böyük qayğı göstərilir. Onun sözlərinə görə, ölkəmizdə dini
ibadətgahların tikintisi və əsaslı təmiri ölkə rəhbərliyinin Azərbaycan
dindarlarına diqqət və qayğısının bariz nümunəsidir
Daha sonra çıxış edən Dövlət Komitəsi sədrinin
müavini Gündüz İsmayılov qeyd edib ki, tolerantlıq xalqımızın
qədimdən gələn ənənəsidir. Natiq vurğulayıb ki, respublikamızda müxtəlif millətlərin
nümayəndələri tarixən dinc şəraitdə yaşayıblar və Azərbaycan xalqı ölkə ərazisində
yaşayan xalqlara hər zaman tolerant münasibət göstərib. Üç səmavi dinin nümayəndələri
öz dini inanclarını burada sərbəst şəkildə yerinə yetirirlər. "Respublikamızda
müxtəlif xalqlar qarşılıqlı hörmət, əmin-amanlıq şəraitində yaşayır,
bir-birinin dininə, milli adət-ənənələrinə və digər fərqli xüsusiyyətlərinə
daim sayğı ilə yanaşırlar”,-deyə G.İsmayılov əlavə edib.
Natiq, eyni zamanda
ölkəmizdəki dini müstəvidə sabitlik və əmin-amanlığın bundan sonra da dövlətimiz
üçün prioritet məsələ olacağını vurğulayıb. Sədr müavini cəmiyyətimizin, xüsusilə gənclərin
radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyət
düşdüyünü diqqətə çatdırıb.
Müzakirələrlə davam edən
seminar-treninq dekabrın 11-də öz işini davam etdirəcək.