• cümə, 19 Aprel, 03:28
  • Baku Bakı 18°C

Sabah hava küləkli olacaq

04.02.18 15:43 526
Sabah hava küləkli olacaq
Sabah Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-15° isti təşkil edəcək.
Sabah Naxçıvan Muxtar Respublikasındahavaəsasən yağmursuz keçəcək, bəzi yerlərdə gündüz arabir güclənən qərb küləyi əsəcək.Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 10-15° isti olacaq. Yuxarı Qarabağ - Xankəndi,Şuşa,Xocalı,Xocavənd,Qubadlı,Zəngilan,Laçın,Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarındahavaəsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti təşkil edəcək.
Fevralın 5-də Qazax, Gəncə, Goranboy, Tərtər,Ağdam,FüzulivəCəbrayılrayonlarındahavayağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 11-16° isti olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarındahavaəsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti təşkil edəcək.
Sabah Mərkəzi-Aran- Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarındahavaəsasən yağmursuz olacaq. Bəzi yerlərdə duman, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti olacaq. Masallı, Yardımlı, Lerik, Lənkəran və Astaradahavaəsasən yağmursuz keçəcək. Səhər dağlarda duman, çiskin olacaq. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti təşkil edəcək.
banner

Oxşar Xəbərlər