• cümə, 29 Mart, 18:50
  • Baku Bakı 14°C

Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib

16.10.17 16:50 2338
Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin görüşü keçirilib
Gürcüstanda səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnikZakir Həsənovbu ölkənin müdafiə naziri Levan İzoria ilə görüşüb.
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan tərəflər bu formatda görüşlərin keçirilməsinin ölkələrimizin təhlükəsizliyinə təhdid törədən beynəlxalq terrorizm, aqressiv separatizm və digər təzahürlərlə mübarizədə səylərin birləşdirilməsində əhəmiyyət kəsb etdiyini qeyd ediblər.
Müdafiə nazirləri hərbi sahədə əməkdaşlığın inkişafının ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə, xüsusilə müdafiə nazirlikləri arasında qarşılıqlı əlaqələrin genişlənməsinə, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcəyinə əminliklərini ifadə ediblər. Tərəflər Azərbaycan və Gürcüstan ərazisində həyata keçirən mühüm infrastruktur layihələrinin təhlükəsizliyinin təmin olunmasında formalaşmış ikitərəfli tərəfdaşlığın gücləndirilməsinin vacibliyini də xüsusi vurğulayıblar.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
banner

Oxşar Xəbərlər