• cümə, 29 Mart, 13:31
  • Baku Bakı 14°C

Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib

14.08.17 20:23 1217
Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib
Dövlət Gömrük Komitəsi(DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında İdarənin "Qoşa Təpə" gömrük postunda İran, Azərbaycan və Gürcüstan ərazilərindən tranzit keçməklə İraqdan Türkiyəyə yüksüz gedən Türkiyə vətəndaşı Yıldırım Süleymanın idarə etdiyi "VOLVO" markalı 47 PC 821/33 AS 368 nömrə nişanlı soyuducu yük avtomobili saxlanılıb, gömrük və sərhəd xidməti əməkdaşları birgə yük avtomobilinə əsaslı baxış keçiriblər.
"Report” DGK-ya istinadən xəbər verir ki, baxış zamanı avtomobilin qoşqusunun sağ tərəfdən aşağı hissəsindəki metal lövhələrə fiziki müdaxilə olunduğu nəzərə çarpıb. Sonra həmin metal lövhələr açılıb və lövhələrin arxasında, qoşqunun döşəməsinin alt hissəsindəki boşluqlardan malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilib, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış, 800 ədəd üzərində "GSS", 1800 ədəd üzərində "Brilliant", 5000 ədəd üzərində "OSCAR", 6000 ədəd üzərində "KİNG", 8000 ədəd üzərində "MM" və 408000 ədəd üzərində "Victory" yazısı olan, ümumilikdə 429600 ədəd siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
banner

Oxşar Xəbərlər