• cümə axşamı, 18 aprel, 13:38
  • Baku Bakı 22°C

Sabahın hava proqnozu

25.07.17 12:40 772
Sabahın hava proqnozu
İyulun 26-da Bakı və Abşeron yarımadasındahavadəyişkən buludlu, yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
ETSN-dənAPA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 21-24° isti, gündüz 30-34° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 75-85%, gündüz 45-55% olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcək.
Azərbaycanın rayonlarındahavaəsasən yağmursuz. Lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər