2017-ci ilin ən yaxşı hekayələri

Gündəlik qayğıların arasında bizə rahatlıq və
komfort vəd edən hekayələr oxumaq yəqin ki, müasir insan üçün böyük qaznacdır.
"HuffingtonPost”-da yer alan xəbərə görə, insanı iş həyatının monoton
rejimindən, şəhər mühitinin boz və dar fəaliyyət çərçivəsindən qoparıb, ona
yeni pəncərələr açan, dərin mənəvi zövq aşılayan əsərlər tapmaq hekayə, roman
kimi rəqabətin güclü olduğu janrlarda çox asandır. Rəqabət güclü olduğu üçün
hamı ortaya daha yaxşı, oxunaqlı, iddialı əsər qoymağa çalışır. Fərdi mənafelər
isə ictimai mənfəətə xidmət edir. İlin sonlarına doğru sürətlə paylaşılan
siyahıları paylaşırıq. Bu dəfə isə Kler Fallon, Katerin Bruks və Gilian
Keypvelin "İlin ən yaxşı hekayələri” başlığı ilə apardığı oxucu sorğuları
nəticəsində hazırladığı siyahını təqdim edirik.
· Katerina Leysi – "Cavablar” ("The
answers”)
· Hari Kunzru – "Bəyaz yaşlar” ("White
tears”)
· Seleste NG – "Hər yeri bürüyən kiçik
alovlar” ("Little fire everywhere”)
· Alissa Natinq – "Eşq üçün doğulmuş”
("Made for love”)
· Zinzi Klemmons – "İtirdiklərimiz”
("What we lose”)
· Qeyb Habaş – "Stefen Florida” ("Stephen
Florida”)
· Ottessa Moşfeq –
"Başqa dünyanın həsrəti” ("Homesick for another world”)
