• çərşənbə, 24 Aprel, 13:41
  • Baku Bakı 27°C

Azərbaycan qış vaxtına keçir

01.10.13 10:15 1503
Azərbaycan qış vaxtına keçir
APA-nın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin «Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında» 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Bununla da, bu il oktyabrın 27-də saat 05:00-da Azərbaycan ərazisində saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.
banner

Oxşar Xəbərlər