• cümə, 19 Aprel, 18:18
  • Baku Bakı 24°C

2015-ci ildə manatın məzənnəsini qorumaq üçün 10 milyard dollar xərclənib - Elman Rüstəmov

28.01.22 13:48 266
2015-ci ildə manatın məzənnəsini qorumaq üçün 10 milyard dollar xərclənib - Elman Rüstəmov
2015-ci ildə manatın məzənnəsinin dəstəklənməsi üçün 10 milyard dollar xərclənmişdi, bu, Azərbaycan üçün tarixi faktdır.
Kaspi.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov mətbuat konfrasında deyib.
2015-ci ildə manatın ikinci devalvasiyasınadək məzənnənin dəstəklənməsi üçün 10 milyard dollar vəsait xərclənib, amma milli valyuta yenidən ucuzlaşıb. 2014-cü ilin iyununda başlamış qlobal iqtisadi böhran, neft qiymətlərinin kəskin azalması ölkənin tədiyə balansına ciddi problemlər yaratdı. O dövrdə Azərbaycanda ciddi tikinti işləri gedirdi. Neft gəlirləri hesabına dövlət büdcəsinə çoxlu transfertlər olurdu. Ona görə də neft qiymətlərinin kəskin azalması valyuta ehtiyatlarının itirilməsi təhdidini yaratdı", - deyə o bildirib.
banner

Oxşar Xəbərlər