AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

2014-cü il Dünya çempionatının musiqi aləti təqdim edildi

2014-cü il Dünya çempionatının musiqi aləti təqdim edildi

İdman
24 Aprel 2013, 13:35 1344
Braziliya prezidenti Dilma Rusef Braziliyada futbol üzrə 2014-cü il Dünya çempionatının rəsmi musiqi aləti "kaşirola"nı təqdim edib. Trend-in məlumatına görə, bu barədə Braziliya KİV-i xəbər yayıb.

"Mən inanıram ki, "kaşirola" yalnız futbolun simvolu olmayacaq, həmçinin bizim ölkənin "vuvezela"dan fərqli olaraq daha gözəl musiqi aləti yaratmaq qabiliyyətini əks etdirəcək. Musiqi təhsili olmayan mənim üçün "kaşirola" əsl sürpriz olub. Bu alət məni təəccübləndirdi: son dərəcə gözəl, sadə, lakonik, özündə bütün Braziliyanı əks etdirir", - Braziliya prezidenti bildirib.