• cümə, 19 Aprel, 01:26
  • Baku Bakı 18°C

20 yaşlı qız nişan günü itkin düşüb

10.07.14 19:23 1094
20 yaşlı qız nişan günü itkin düşüb
Zaqatalada 20 yaşlı qız özünün nişan günü evdən nəməlum istiqamətə gedərək bir daha geri dönməyib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 1994-cü il təvəllüdlü, Zaqatala rayonunun Yuxarı Tala kənd sakini Osmanova Əsmər Mübariz qızı 27 iyun tarixində səhər saatlarında evdən işə, ordan isə gözəllik salonuna getmək adı ilə çıxaraq, bir daha geri qayıtmayıb. Əsmər Osmanovanın ailə üzvülərinin APA-ya verdiyi məlumata görə, həmin gün Əsmərin nişan mərasiminə hazırlaşırmışlar. Valideynlərinin sözlərinə görə, Əsmər Osmanova nişanlanacağı gənci sevirmiş.
Övladlarının taleyindən narahat olan ailə elə həmin gün qızlarının itkin düşməsi barədə yazılı şəkildə Rayon Polis Şöbəsinə müraciət edib.
Zaqatala rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 27 iyun tarixindən Osmanova Əsmərin yerinin müəyyən edilərək ailəsinə təhvil verilməsi istiqamətində əməliyyat- axtarış qurupu yaradılıb.
Hazırda axtarış tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər