• şənbə, 20 Aprel, 00:48
  • Baku Bakı 15°C

20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə Türkiyədə konfrans keçiriləcək

14.01.15 15:57 1722
20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə Türkiyədə konfrans keçiriləcək
20 Yanvar faciəsinin 25-ci ildönümü münasibətilə Türkiyədə “Azərbaycanın müstəqilliyə gedən yol - 20 Yanvar” adlı konfrans keçiriləcək.
Bu barədə məlumat verən İstanbul-Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Karakoyunlu deyib ki, yanvarın 18-də baş tutacaq konfrans İSTAD-ın təşkilatçılığı ilə keçiriləcək: “Əvvəlcə konfrnas iştirakçıları 20 Yanvar faciəsindən bəhs edən filmi izləyəcəklər. Daha sonra Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov, Anadolu Aydınlar Ocağının sədri İbrahim Öztek, Yıldız Teknik Üniversitetindən Adil Allahverdiyev və başqaları çıxış edərək 20 Yanvar faciəsinin baş vermə səbəbləri, rus qoşunlarının Bakıda törətdiyi vəhşiliklər, eləcə də o dövrün siyasi hadisələri barədə məruzə ilə çıxış edəcəklər”.
banner

Oxşar Xəbərlər