AZE | RUS | ENG |

20 ölkədən 70-dən çox iştirakçı Bakıda qalibiyyət uğrunda mübarizə aparacaq

20 ölkədən 70-dən çox iştirakçı Bakıda qalibiyyət uğrunda mübarizə aparacaq
Mayın 24-də "Elektra Events Hall” da Gənclər və İdman Nazirliyi tərəfindən, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və "Qızıl Qala” Prodakşının birgə təşkilatçılığı ilə "Həmişə gənc ol!!!” şüarı altında "YOUTHVİSİON” Beynəlxalq Mahnı Müsabiqəsi baş tutacaq.
Trend-in məlumatına görə, 2016-cı ildən keçirilən "YOUTHVİSİON” Beynəlxalq Mahnı Müsabiqəsinin builki iştirakçıları Azərbaycan da daxil olmala, 20 ölkədən: Almaniya, Qırğızıstan, Belarusiya, Cexiya, Gürcüstan, İtaliya, İran, Macarıstan, Özbəkistan, Portugaliya, Qazaxstan, Ruminiya, Rusiya, Serbiya, Slovakiya, Uqanda, Ukrayna, Moldova, Litva, Monteneqrodan olan 70-dən artıq nümayəndədir.
Müsabiqənin keçirilməsində məqsəd yaradıcı və istedadlı tələbələrin mədəni potensiallarının reallaşdırılması və onlar arasında beynəlxalq təcrübə mübadiləsinin həyata keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Azərbaycanı müsabiqədə "Tələbə-baharı” tələbələrin yaradıcılıq müsabiqəsinin pop nominasiyasının qalibi Nadir Rüstəmli (Azərbaycan Turizm və Menecment Universitetinin III kurs tələbəsi) təmsil edir.
Müsabiqənin keçirilməsi ilə bağlı youthvision.az internet saytı fəaliyyət göstərir və müsabiqədə iştirak edəcək iştirakçılar, münsiflər həmin sayt vasitəsi ilə qeydiyyatdan keçərək, müvafiq sənədləri doldurub, ifa edəcək mahnıları təşkilat komitəsinə təqdim ediblər. Təşkilat Komitəsi tərəfindən seçilmiş ən yaxşı ifaçılara müvafiq dəvət məktubu göndərilərək, müsabiqədə iştirak haqqında məlumat verilib. Müsabiqədə iştirak, hər bir ölkənin daxili qaydalarına əsasən keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən edilir.
Yarışda hər ölkəni bir iştirakçı (kollektiv) və bir münsif üzvü təmsil edə bilər. Qeyd edək ki, səfər müddətində qonaqlar Azərbaycan Respublikasının tarixi, mədəniyyəti və incəsənəti ilə yaxından tanış olacaqlar.
2013-2014-cü illərdə keçirilmiş "Univiziya” tələbələrin Beynəlxalq mahnı müsabiqəsi ali təhsil müəssislərində təhsil alan tələbələr arasında keçirilirdi. 2016-cı ildən müsabiqənin əhatə dairəsi genişləndirilərək gəncləri əhatə etmiş və adı "YOUTHVİSİON” adlandırılıb.
2018-ci ildə keçirilmiş YOUTHVİSİON III Beynəlxalq Mahnı müsabiqəsi Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuşdu və tədbirin açılışı zamanı Azərbaycanda səfərdə olan müsabiqə iştirakçıları tərəfindən səsləndirilmiş Azərbaycan Respublikasının Dövlət Himninin videoçarxı nümayış olunub (https://youtu.be/_REOSGrvZ-c) və çox böyük əks səda doğurub. Qeyd edək ki, 2018-ci ildə Uqanda təmsilçisi birinci, Moldova ikinci, Belarus təmsilçisi isə üçüncü yeri qazanıb.
Müsabiqədə Azərbaycan, Latviya, Xorvatiya, Ruminiya, Pakistan, Moldova, Türkiyə, Gürcüstan, Özbəkistan, Böyük Britaniya, Almaniya, Tacikistan, Qazaxıstan, Uqanda, Ukrayna, Belarus, Macarıstan, Qırğızıstan, Litva Serbiya, İtaliya, İran, Rusiya və İsrail dövlətlərinin ifaçı və münsiflərindən ibarət 60-a yaxın gənc iştirak edib.
Məlumat üçün bildirək ki, Uqanda Respublikasının keçən ilki qalibi Ariho Esthery bu il müsabiqədə qonaq qismində iştirak edəcək və qalib mahnısı ilə açılış edəcək.
Müsabiqədə hər ölkəni öz münsifi təmsil edir. Ölkələrini təmsil edən münsiflər öz ölkəsi istisna olmaqla digər ölkələrin təmsilçilərinin hər birinə müvafiq olaraq 1, 2, 3, 4, 5, 6, 7, 8, 10, 12 bal verəcək. Ən yüksək bal toplayan iştirakçı müsabiqənin qalibi adını alacaq. İlk üç yerin qalibi pul mükafatı, qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
Müsabiqənin ümumi mükafat fondu 6000 ABŞ dolları təşkil edir.
I-yer 3000
II-yer 2000
III yer 1000



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933