2 qatar toqquşdu - 34 nəfər xəstəxanaya düşdü
Filippində iki sərnişin qatarı toqquşub.
Trend-in məlumatına görə, qəza nəticəsində 34 nəfər xəsarət alıb. Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb.
Məlumata görə, qatarlar Keson-Siti şəhərində iki stansiyanın arasında toqquşub. Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil. Araşdırma başlayıb.