• cümə, 19 Aprel, 03:30
  • Baku Bakı 18°C

2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günüdür

02.07.22 11:15 635
2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günüdür

İyulun 2-si Beynəlxalq İdman Jurnalistləri Günüdür. Bu gün Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) təşəbbüsü ilə 1995-ci ildən başlayaraq hər il qeyd edilir.

AZƏRTAC xəbər verir ki, 1924-cü il iyulun 2-də Parisdə keçirilmiş beynəlxalq idman mətbuatı nümayəndələrinin konqresində peşəkar təşkilat – Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının yaradılması barədə qərar qəbul edilib. AIPS beynəlxalq mətbuatla idmançılar və sponsorlar arasında vasitəçilik edir, yeni idman jurnalistləri üçün iclaslar və seminarlar təşkil edir.

İdman jurnalistikası müasir cəmiyyətin həyatında böyük rol oynayır. İdman ümumi diqqət və maraq predmeti olmaqla yanaşı, gənclərin tərbiyəsində, insanların sağlamlığında, dövlətlərarası münasibətlərin möhkəmləndirilməsində vacib amildir. İdman xalqlar arasında qarşılıqlı anlaşmaya, dostluğun və sülhün möhkəmləndirilməsinə kömək edir. Hadisələrin mərkəzində olan, bədən tərbiyəsi və idmanın problemlərindən bəhs edən idman jurnalistləri həmin problemlərin həllinə fəal kömək edirlər.

Hazırda dünyanın 130 ölkəsi AIPS-də təmsil olunur. Ölkəmizi bu qurumda Azərbaycan İdman Jurnalistləri Assosiasiyası təmsil edir. AIPS-in fəal üzvlərindən olan Azərbaycan 2014-cü ildə qurumun 90 illik yubileyinə həsr olunan 77-ci konqresinə ev sahibliyi edib.

banner

Oxşar Xəbərlər