• şənbə, 20 Aprel, 05:15
  • Baku Bakı 15°C

2 ilə toxunan 57 kiloluq xalça kəsildi

07.07.21 10:29 363
2 ilə toxunan 57 kiloluq xalça kəsildi
"Azərxalça”nın Qəbələ emalatxanasında bu gün son iki ilin ən böyük xalçası kəsilib.
Bu barədəTeleqraf.com-a "Azərxalça” ASC-dən məlumat verilib.
Bildirilir ki, 24 kvadratmetrlik (4x6) xalçanın ümumi çəkisi 57.2 kiloqramdır. "Pirəbədil” çeşnili Quba xalçasının toxunmasına toxucular – Nəsirova Aygün, Şəkərxanova Xatirə və Sarıyeva Ülviyyə 2018-ci ilin aprel ayında başlayıblar.
COVID-19 pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə xalçanın toxunması dayandırılıb. 1 il müddətində xalçaya güvə düşməməsi üçün müntəzəm olaraq dərmanlama prosesi aparılıb. 2021-ci ilin aprel ayından istehsalatın bərpa olunması ilə əlaqədar xalçanın toxunuşu davam etdirilib və iyul ayında xalça kəsilərək dəzgahdan götürülüb.
Böyük ölçülü xalçaları toxucular adətən 1 il və ya 1 il 3 ay müddətində tamamlayır.
Xatırladaq ki, emalatxanaların hər birində xalçalara baxmaq və əldə etmək imkanı mövcuddur.
banner

Oxşar Xəbərlər