AZE | RUS | ENG |

196 ölkəyə səfər edən ən gənc səyahətçi

196 ölkəyə səfər edən ən gənc səyahətçi
Amerika vətəndaşı, 21 yaşlı Leksi Elford 196 ölkəyə səfər edərək Ginnesin "Rekordlar" kitabına düşüb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə UPI məlumat yayıb.
Bununla o, ən çox ölkəyə səfər etmiş ən gənc səyahətçi kimi tarixə düşüb.
Leksi üçün ən çətini Şimali Koreyaya səfər etmək olub. Həmin səfər üçün onun Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya arasında silahsızlaşdırılmış zonada olması hesaba alınıb. Bu, missiyanın final mərhələsi olub.
"Hər şeydən çətini mənə bu yerlərdə olduğumu sübut etmək faktı idi. Hər ölkədən şəhadətnamələri almaq lazım idi, hansılar ki, səfərlər etmişdim: təyyarə biletlərini, pasportdakı möhürləri, yaşama üçün qəbzləri göstərmək, qeydiyyat jurnallarını aparmaq", - deyə səyyah bildirib. 
Leksi Elford səfər etdiyi ölkələri sıra nömrələri ilə işarələyərək onların ərazisində müxtəlif fotolar da çəkdirib. O, özünü "İnstagram"dakı profilində səfər etdiyi ölkələrdən maraqlı fotolar paylaşıb.  
Qeyd edək ki, ondan əvvəl bu göstəriciyə Ceyms Askvit imza atıb. O, dünyada ən çox ölkə gəzmiş ən gənc səyyah hesab olunurdu. Ceyms Askvitin 24 yaşı var. 



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.902
GEL 1 1 Gürcüstan larisi 0.6137
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1782
CHF 1 1 İsveçrə frankı 1.6989
KWD 1 1 Küveyt dinarı 5.5878
TRY 1 1 Türkiyə lirəsi 0.2889