• cümə, 19 Aprel, 21:38
  • Baku Bakı 24°C

1,5 milyon manatla kino sahəsini inkişaf etdirmək mümkün deyil

14.11.18 13:52 617
1,5 milyon manatla kino sahəsini inkişaf etdirmək mümkün deyil
1,5 milyon manatla kino sahəsini inkişaf etdirmək mümkün deyil.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov parlamentin bu gün keçirilən iclasında deyib.
Deputat qeyd edib ki, mədəniyyətə diqqəti artırmaq lazımdır, büdcədən bu sahəyə ayrılan vəsait artırılmalıdır: "Dövlət büdcəsində mədəniyyət sahəsinə ayrılan vəsait ən azı büdcənin 2 faizini təşkil etməlidir”.
O bildirib ki, dövlət büdcəsində kinoya ayrılan vəsait artırılmalıdır: "1.5 milyon manatla kino sahəsini irəli aparmaq mümkün deyil. Bizdə dublyaj sənəti də var. Dublyaj sənəti dilimizə böyük töhfələr verə bilər”.
banner

Oxşar Xəbərlər