• cümə axşamı, 18 aprel, 23:00
  • Baku Bakı 21°C

15 may Beynəlxalq Ailə Günüdür

15.05.19 14:30 833
15 may Beynəlxalq Ailə Günüdür
Son onilliklər ərzində dünyada baş verən qlobal proseslər, o cümlədən demoqrafik tendensiyalar ailə strukturuna da təsirsiz ötüşməyib. Bununla belə BMT əvvəllər olduğu kimi, indi də ailəni cəmiyyətin özəyi hesab edir. Dünya miqyasında qeyd edilən Beynəlxalq Ailə Günü ailələrlə bağlı problemlərin müzakirəsinə, sosial, iqtisadi və demoqrafik proseslərin fonunda onların həlli yollarını müəyyən etməyə imkan verir.
AZƏRTACBMT-nin saytına istinadla xəbər verir ki, təşkilat xüsusi maarifləndirici tədbirlərin, o cümlədən milli ailə günlərinin keçirilməsini dəstəkləyir. Bir çox ölkələrdə ailə və cəmiyyət münasibətlərini, ailələrin sosial problemlərini müzakirə etmək üçün toplantılar keçirilir. Bununla yanaşı, seminarlar və konfranslar, radio və televiziya proqramlarında debatlar, qəzetlərdə məqalələrin dərc olunması da təşkil edilir.
BMT builki Beynəlxalq Ailə Gününün mövzusunu "Ailələr və iqlim dəyişmələri ilə mübarizə” elan edib.
banner

Oxşar Xəbərlər