AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

11 sentyabr hadisəsindən 12 il keçdi

11 sentyabr hadisəsindən 12 il keçdi

Təfsilat
11 Sentyabr 2013, 07:51 972
Amerika tarixinin ən dəhşətli terror aktı yalnız Amerikaya və amerikalılara təsir etmədi. Bütün dünyanın düzənini dəyişdi. Yüzlərlə insanın ölümünə səbəb olan bu hücumları rəsmi Vaşinqton özünə qarşı elan edilmiş müharibə kimi qiymətləndirdi və terror aktının məsuliyyətini üzərinə götürən "Əl-Qaidə” terror təşkilatına qarşı əks hücuma başladı.

Təşkilatın lideri Üsamə Bin Ladenin axtarılması və təşkilatın bazalarının məhv edilməsi məqsədilə 2001-ci il oktyabrın 7-də Əfqanıstana daxil oldu. Baxmayaraq ki, bu ilin mayında Bin Ladenin Pakistanda öldürüldüyü açıqlandı, minlərlə insanın ölümünə səbəb olan bu müharibə hələ də davam edir. Elə Pakistanda da Amerikanın pilotsuz təyyarələrlə həyata keçirdiyi antiterror reydləri nəticəsində çox sayda insan öldü. Bu insanların içərisində dinc sakinlərin də olmasını Pakistan hökuməti dəfələrlə bəyan edib.

Rəsmi Vaşinqton İraq lideri Səddam Hüseynin də terrora dəstək verdiyini iddia edərək 2003-cü ilin martında İraqa daxil oldu. Səddam Hüseyn devrildi. Amma nə onun kimyəvi silahları tapıldı, nə də "Əl-Qaidə”ni dəstəklədiyi sübut olundu. Prezident Barak Obama 2010-cu ilin avqustunda İraq müharibəsinin bitdiyini elan etdi.

Qeyd edək ki, 11 sentyabr hadisələri həm də dünyada İslama və müsəlmanlara qarşı olan münasibəti dəyişdi. Müsəlman dünyası və Qərb arasında bir uçurum yaratdı. İslamı terrorla bağlamaq cəhdləri artdı.