• şənbə, 20 Aprel, 03:58
  • Baku Bakı 15°C

104 nəfərə əczaçı – bakalavr diplomu verildi

21.06.17 20:52 1524
104 nəfərə əczaçı – bakalavr diplomu verildi
Azərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq fakültəsində bakalavr pilləsində buraxılış işlərinin müdafiəsi başa çatıb. Fakültənin dekanı, professor Tahir Süleymanov müdafiənin uğurla tamamlandığını deyib: "Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəlinin 2 iyun 2017-ci il tarixli 259 T əmri ilə Universitetin Əczaçılıq fakültəsinin Bakalavr pilləsində Buraxılış işlərinin müdafiəsini həyata keçirmək üçün tərkibi 9 nəfərdən ibarət dövlət Atestassiya Komissiyası yaradılıb. Bakalavr Buraxılış işlərinin müdafiəsi 5 ixtisaslaşma üzrə aparıldı: Əczaçılıq kimyası, Toksikoloji kimya, Farmakoqnoziya, Əczaçılıq texnologiyası, Əczaçılıq işinin təşkili”.
T.Süleymanovun sözlərinə görə, Dövlət Attestasiya Komissiyasının 21 iyun 2017-cı il tarixli yekun protokoluna əsasən, Əczaçılıq fakültəsinin 2016-2017- cı il məzunlarının 104 nəfərinə ümumi qaydada Əczaçı bakalavr diplomu verilməsi haqda qərar qəbul olunub. Məzunlardan 62 nəfər Azərbaycan vətəndaşı, 42 nəfəri isə əcnəbi vətandaşlar olub: "Qeyd etmək lazımdır ki, bu il buraxılış işlərinin müdafiəsi əvvəlki illərlə müqayisədə keyfiyyətcə xeyli irəliləyişlərlə müşahidə edilib. Burada həm buraxılış işlərinin mövzularının müasirliyi və aktuallığı, həmçinin diplom işlərinin tərtibatı, eləcə də tələbələrin işlərini daha yaxşı məruzə etməsi və sualları cavablandırması istiqamətlərində olan müsbət dinamikanı xüsusi qeyd etmək istəyirəm. Kafedraların reaktiv və avadanlıqlarla təchizatının yaxşılaşması nəticəsində demək olar ki, əksər diplom işlərində eksperimental xarakterli təcrübələrin nəticələri verilirdi”.
Qeyd edək ki, buraxılış işlərinin müdafiəsinə Əczaçılıq fakültəsinin 8 semestr ərzində imtahan, məqbul və təhsil haqqı borcu olmayan IV kurs tələbələrindən 104 nəfər iştirak edib. Buraxılış işlərinin müdafiəsi 6-20 iyun tarixlərində keçirilib. Buraxılış işinin yazılması və müdafiəsinə görə tələbənin toplaya biləcəyi balların maksimum miqdarı 100-ə bərabərdir. 50 bal buraxılış işinin hazırlanması və tərtibinə, digər 50 bal isə Dövlət Attestasiya Komissiyası qarşısında müdafiəsinə görə verilib.
banner

Oxşar Xəbərlər