• şənbə, 27 Aprel, 00:43
  • Baku Bakı 14°C

10 sentyabr - İntiharla Beynəlxalq Mübarizə Günüdür

10.09.21 16:50 286
10 sentyabr - İntiharla Beynəlxalq Mübarizə Günüdür
10 sentyabr - İntiharla Beynəlxalq Mübarizə Günüdür.
Kaspi.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin bu günlə bağlı yaydığı açıqlamada intihar hallarının bütün dünyada erkən ölümlər arasında ilkin səbəblərdən biri olduğu vurğulanıb. Qeyd edilib ki, bu faciəvi qərara daha çox diskriminasiyaya məruz qalan, ümidsizliyə qapılan və ya psixi pozğunluqdan əziyyət çəkən şəxslər üz tuturlar.
İntihar hallarının qarşısının alınması sağlam cəmiyyət üçün vacibdir. Bunun üçün müxtəlif maarifləndirmə işlərindən əlavə, fərd olaraq hər birimiz insanlara qarşı daha həssas və diqqətli olmalıyıq. İnsanların empatiya və xeyirxahlığı, mühakimə etmədən dinləmək bacarığı bir şəxsin həyatını və gələcəyini xilas edə bilər.
banner

Oxşar Xəbərlər