• cümə, 19 Aprel, 14:57
  • Baku Bakı 25°C

10 min manatlıq elektrik naqilləri oğurlayan qohumlar ələ keçdi

10.12.21 11:50 486
10 min manatlıq elektrik naqilləri oğurlayan qohumlar ələ keçdi
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin və Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dəmir yollarında istifadə olunan yüksək gərginlikli elektrin naqillərini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Kaspi.az"a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Ağcabədi rayon sakini Samir Əliyev qohumları - Cabir Qənbərov və Rüstəm Əliyev ilə birlikdə cari ilin noyabr ayının 3-də dəmir yolu xəttinin Yevlax şəhəri ərazisindən keçən hissəsindən yüksək gərginlik altında olan elektrik naqillərini kəsərək oğurlayıb, həmin naqilləri Bakı şəhərinə apararaq orada satıblar.
Daha sonra S.Əliyev və C.Qənbərov digər qohumları Salman Süleymanovla qabaqcadan əlbir olaraq, noyabr ayının 30-da dəmir yolu xəttinin Daşkəsən rayonundan keçən hissəsindən yüksək gərginlik altında olan elektrik naqillərini kəsərək oğurlayıb, daha sonra həmin naqilləri Bakı şəhərinə apararaq orada satıblar.
Dövlətə məxsus, ümumi dəyəri 10 000 mantadan çox olan elektrik naqillərini oğurlamaqda şübhəli bilinən S.Əliyev, C.Qənbərov və S.Hüseynov saxlanılaraq istintaqa təhvil verilib, hazırda qrupun digər üzvünün müəyyən edilərək istintaqa təhvil verilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
banner

Oxşar Xəbərlər