AZE | RUS | ENG |

“1 saat 20 dəqiqəlik mühazirədə söhbətin nədən getdiyini anlamadım” – Tələbəlik illəri

“1 saat 20 dəqiqəlik mühazirədə söhbətin nədən getdiyini anlamadım” – Tələbəlik illəri
Tələbəlik illəri, hər kəsin yadına müxtəlif acılı-şirinli xatirələr düşən dövrlərdəndir. Əslində, xatirə çox olur, amma onların içərisində elələri olur ki, yaddan heç vaxt çıxmır. Bu dəfə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq hüquq şirkətlərindən biri olan "GRATA İnternational”un baş hüquq məsləhətçisi Qumru Eyvazova o illərdən bir xatirəsini bizimlə bölüşdü.

"Mən niyə ADA-ya girdim? Uşaqlıq illərimdən dil götürmə qabiliyyətim çox yüksək idi, tez bir zamanda istənilən dili öyrənə bilərdim. Məktəb və universitet illərimi rus bölməsində təhsil aldığım üçün, rus dili mənim ikinci doğma dilim idi, buna görə də alternativ olaraq digər dilləri, hətta ləzgi dilini belə öyrənmişdim. Sonradan universitet illərimdə alman dilini öyrənib Almaniyada bir universitetə daxil olub ora yollansam da, ingilis dili mənim üçün ən prioritet və sevdiyim dil kimi qalmışdı. Buna görə də, özümə çox güvənərək və İELTS imtahanından 6.5 bal toplayaraq ADA Universitetinin ictimai siyasət fakültəsinə magistr dərəcəsi üzrə daxil oldum. Hər bir ADA tələbəsi kimi, düşünürdüm ki, məndən yaxşı bu dili bilən yoxdur. İlk mühazirəni italiyalı professor Rafaella Puqqion dedi və ilk 1 saat 20 dəqiqəlik mühazirə vaxtı söhbətin nədən getdiyini ümumiyyətlə, anlamadım. Fikirləşdim ki, hələ təzəyəm, bəlkə öyrəşdim. Sonra ikinci qoşa saat gəldi, müəllimin üzünə baxmaqdan başqa və guya başa düşürəm kimi özümü aparmaqdan savayı bir hiss olmadı. Dərs bitdi və düşündüm ki, mən bu ADA-ya ümumiyyətlə, niyə girmişəm və bu iki ili burda necə oxuyacağam? Bu vəziyyət mənim üçün bir tərəfdən gülməli, digər tərəfdən isə çox ağır idi, çünki bu universitetə qəbul olunmağımda çəkdiyim əziyyət, ödədiyim təhsil haqqı gözümün önündən bir anlıq gəldi keçdi və anladım ki, geriyə yol yoxdur, gərək italyan ləhcəsini də başa düşəm. İki il çox əziyyətli keçsə də, əsas odur ki, sonda "Happy end” oldu və mən universiteti müvəffəqiyyətlə bitirdim”.

Aygün Asimqızı


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9396
GEL 1 1 Gürcüstan larisi 0.6061
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1676
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1832
CHF 1 1 İsveçrə frankı 1.753
KWD 1 1 Küveyt dinarı 5.6058
TRY 1 1 Türkiyə lirəsi 0.2933