AZE | RUS | ENG |


Ermənilərin növbəti musiqi oğurluğu haqqında rəsmi açıqlama

Ermənilərin növbəti musiqi oğurluğu haqqında rəsmi açıqlama
Müəllif Hüquqları Agentliyi (MHA) ermənilərin növbəti əqli mülkiyyət oğurluğu haqqında açıqlama yayıb.
 
MHA-dən APA-ya verilən xəbərə görə, Rusiyanın "Telekafe” kanalında yayımlanan "Путешествие за вкусом” verilişinin 2017-ci ilin 8 yanvar tarixində efirə gedən "erməni mətbəxinə” həsr edilən buraxılışında görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi "Sən gəlməz oldun” mahnısının musiqisi fon musiqisi kimi səslənib və həmin musiqinin erməni musiqisi olduğu barədə təəssürat yaradılıb: 

 
""Sən gəlməz oldun” adlı mahnı tanınmış Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin ən məşhur mahnılarından biridir. Musiqisi bəstəkar Ə. Tağıyevə, sözləri isə Mədinə Gülgünə aid olan "Sən gəlməz oldun” mahnısı 1973-ci ilin 15 mart tarixində Müəllif Hüquqları Agentliyində (Agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata (uçota) alınıb və Azərbaycan musiqi kimi tanınır. Bütün arxiv sənədlərindən də göründüyü kimi "Sən gəlməz oldun" mahnısı Azərbaycan müəlliflərinə məxsusdur və ermənilər yalnız bu mahnının musiqisini ifa edirlər. Lakin mahnının müəlliflərinin adlarının və mənşəyinin göstərilməməsi ermənilər tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Ermənilərin başlıca prinsipi: musiqinin mənbəyini göstərmədən erməni ifaçılarını iri planda nəzərə çarpdırmaqdır".
 
Agentlik bəyan edib ki, Ələkbər Tağıyevin varisi, oğlu Xaliq Tağıyev də qeyd edilən musiqinin ifa olunması üçün ifaçı C.Qasparyan tərəfindən onlardan icazə alınmadığını bildirib: "Ümumiyyətlə, Ələkbər Tağıyevin "Sən gəlməz oldun” mahnısı da tək Azərbaycanda deyil, ölkə xaricində də məşhurdur. Belə ki, Belarus müğənnisi, "Byanka” adı ilə tanınan Tatyana Eduardovna Lipniçkaya və Özbəkistan müğənnisi, "Soqdiana” adı ilə tanınan Oksana Vladimirovna Neçitaylo Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin bəstələdiyi "Sən gəlməz oldun” mahnısının musiqisindən qeyri-qanuni istifadə ediblər. Həmin vaxt da Müəllif Hüquqları Agentliyi məsələnin həllində səlahiyyətləri çərçivəsində tədbirlər həyata keçirib, Belarus vəÖzbəkistanın aidiyyəti orqanları ilə danışıqlar aparıb.
 
Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanır, mənimsənilir və erməni nümunələri kimi təqdim olunur. Buna misal olaraq, ermənilər Azərbaycanın "Sarı gəlin”, "Süsən - sünbül” və onlarca digər xalq mahnılarını, "Yallı”, "Vağzalı”, "Köçəri”, "Uzundərə”, "Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər. Qeyd edilən faktlarla bağlı Müəllif Hüquqları Agentliyi tərəfindən mübarizə aparılıb və bu iş indi də davam etdirilir. Belə ki, hər bir erməni oğurluğu barədə araşdırmalar aparılıb, oğurlanmış əsərlərin Azərbaycan xalqına məxsus olması barədə Agentlik tərəfindən geniş,tarixi əsaslara söykənən arayış hazırlanıb kütləvi informasiya vasitələrində yayılıb və bu barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərilib".





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
EUR 1 Avro 1.9302
USD 1 ABŞ dolları 1.8045
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6840
GBP 1 İngilis funt sterlinqi 2.2269
TRY 1 Türk lirəsi 0.4790
KWD 1 Küveyt dinarı 5.9164
SEK 1 İsveç kronu 0.2027
CHF 1 İsveçrə frankı 1.7996