AZE | RUS | ENG |


Çiskinli yağış yağacaq

Çiskinli yağış yağacaq
Bakı və Abşeron yarımadasında yanvarın 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.
 
Şimal küləyi əsəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 2-5° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz  8-10° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 767 mm civə sütununa enəcək.
 
Nisbi rütubət  gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman, bəzi şərq rayonlarında isə çiskinli yağıntı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
EUR 1 Avro 1.9302
USD 1 ABŞ dolları 1.8045
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6840
GBP 1 İngilis funt sterlinqi 2.2269
TRY 1 Türk lirəsi 0.4790
KWD 1 Küveyt dinarı 5.9164
SEK 1 İsveç kronu 0.2027
CHF 1 İsveçrə frankı 1.7996