AZE | RUS | ENG |

Ads

"Kaspi" publications

HAQQIMIZDA

«Kaspi» qəzeti 1881-ci ildən rus dilində nəşr olunmağa başlayıb. 1897-ci ildən mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən alınan qəzetin baş redaktoru Əlimərdan bəy Topçubaşov olmuşdur. Qəzetdə Həsən bəy Zərbadi başda olmaqla, Məhəmməd ağa Şaxtaxtinski, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Ceyhun Hacıbəyli, Nəriman Nərimanov kimi Azərbaycanın maarifpərvər ziyalıları çalışmışdır. 1907-ci ilə kimi «Kaspi»nin 300-dən çox sayı Həsən bəy Zərdabinin imzası ilə işıq üzü görmüşdür. 
1918-ci ildə erməni vandallarının Bakıda törətdiyi soyqırımı zamanı «Kaspi» qəzetinin keçmiş Nikolayevski, indiki İstiqlaliyyət küçəsində yerləşən mətbəəsi (hazırda həmin yerdə Sabir bağı yerləşir) yandırılmış və qəzetin nəşrində fasilə yaranmışdır. 
«Kaspi» 1919-cu ildə fəaliyyətini dayandırmışdır. İşıq üzü gördüyü 40 ilə yaxın dövr ərzində qəzetin on mindən çox nüsxəsi çıxmışdır. 
1999-cu ildə Sona Vəliyevanın təşəbbüsü ilə «Kaspi» qəzeti bərpa olunmuşdur. Hazırda «Kaspi» gündəlik Azərbaycan dilində, həftəlik rus dilində nəşr olunur. 
2011-ci ildə qəzetin 130 illik yubileyi keçirilmiş və bu münasibətlə mətbuat araşdırmaçılarının tədqiqat məqalələrinin yer aldığı «Üç əsrin qəzeti» kitabı işıq üzü görmüşdür.

TƏSİSÇİ

Sona Vəliyeva filologiya elmləri namizədi, jurnalist-alim, Azərbaycançılıq ideologiyası sahəsində bir neçə kitabın və çoxsaylı məqalələrin müəllifidir. Sona Vəliyeva həm də ədəbi tənqid, şeir və digər bədii yaradıcılıq yazıları ilə tanınmışdır. Onun indiyə qədər işıq üzü görmüş «Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi»(2012), «Milli dövlətçilik hərəkatının yüksəlişi və Xalq Cümhuriyyəti dövründə Azərbaycançılıq ideyası»(2003) elmi-publisistik və «Çəhrayı rəngli dünyam»(2007), «Arazbarı»(2011) şeirlər kitabları oxucular tərəfindən rəğbətlə qarşılanmışdır.Sona Vəliyevanın təşəbbüsü ilə tarixi «Kaspi» qəzeti 1999-cu ilin martında fəaliyyətini bərpa etmiş və hazırda Azərbaycan dilində gündəlik, rus dilində həftəlik nəşr olunur.

 

BAŞ REDAKTOR

Quliyev İlham Abasqulu oğlu 1977-ci il oktyabrın 27-də Ağsu rayonunun Xəlilli kəndində anadan olub. 1995-ci ildə Bakıdakı 5 saylı kimya-biologiya təmayüllü litseyi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsində əvvəlcə bakalavr, sonra isə magistr təhsili alıb. 1998-ci ildən mətbuatdadır. Əmək fəaliyyətinə «Avrasiya» qəzetində başlayıb, sonra bir müddət «Günaydın» qəzetində çalışıb. 1999-cu ildən «Kaspi» qəzetində çalışır. Burada ilk günlərdən ictimai-siyasi mövzuları əhatə edən məqalələrlə çıxış edib. Uzun illər qəzetin Prezident Administrasiyasında və Milli Məclisdə akkreditasiya olunmuş müxbiri olub. 2005-ci ildən «Kaspi» qəzetində baş redaktorun müavini vəzifəsində çalışıb. 2015-ci il fevralın 2-dən qəzetin baş redaktoru təyin edilib. 
Müxtəlif illərdə «Media açarı», Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin «KİV-də hüququn yayılması», Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun fərdi jurnalist müsabiqələrinin qalibi olub. 2015-ci ildə Əməkdar jurnalist fəxri adı alıb. 
Ailədir, bir qızı, bir oğlu var. 
Redaksiya heyəti
Məğrur Əli Polad (baş redaktorun müavini)
Araz Ağayev (baş redaktorun müavini)
Fərid HÜSEYN (Ədəbiyyat əlavəsinin redaktoru)
Vidadi Qafarov (Teatr əlavəsinin redaktoru) 

 

Müxbirlər 
Azər NURİYEV 
Təranə MƏHƏRRƏMOVA 
Rufik İSMAYILOV
Lalə MUSAQIZI
Aygün Cəfərli
Aygün Əhmədova  
Xəyalə Rəis  
Şəfa Hümbətova
Şəbnəm Mehdizadə
Elcan SALMANQIZI  
Dayandur TAĞIYEV 
Fəxrəddin SALİM 
Xalid KAZIMOV 
Rövşən SULTANOV 
Təvəkkül DADAŞOV 
Zeynəb ƏLİQIZI 
Məlahət Nuriyeva
Nərmin Məmmədova  
Texniki heyət 
İlham İSMAYILOV 
Vüqar VƏLİYEV
Mərcan RÜSTƏMOVA
Dilbər ƏLİMƏDƏTOVA

 

Reklam

News feed

Exchange Rates

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6915
GBP 1 İngilis funt sterlinqi 2.1255
TRY 1 Türk lirəsi 0.4748
KWD 1 Küveyt dinarı 5.6354
SEK 1 İsveç kronu 0.1952
EUR 1 Avro 1.8529
CHF 1 İsveçrə frankı 1.7260
USD 1 ABŞ dolları 1.7202