• cümə axşamı, 25 aprel, 18:09
  • Baku Bakı 21°C

Zurab Pololikaşvili: Dünyada orta hesabla hər on adamdan biri turizmlə məşğuldur

04.01.18 13:45 740
Zurab Pololikaşvili: Dünyada orta hesabla hər on adamdan biri turizmlə məşğuldur
Dünya Turizm Təşkilatının (DTT) yeni baş katibi Zurab Pololikaşvili 2018-ci ilin ilk günlərindən vəzifəsinin icrasına başlayıb.
AZƏRTACDTT-nin saytına istinadla xəbər verir ki, ictimaiyyəti Yeni il münasibətilə təbrik edən Zurab Pololikaşvili vəzifədə olacağı 2018-2021-ci illərdə təşkilatın turizmin, DTT-yə üzv dövlətlərin mənafeyi naminə daha faydalı fəaliyyət göstərməsi üçün çalışacağını bildirib.
"Turizm xalq sektorudur. Dünyada orta hesabla hər on adamdan biri birbaşa və ya dolayı olaraq turizmlə məşğuldur. Biz turizmin hər bir cəmiyyətə fayda gətirməsini təmin etməkdə məsuluq", - deyən Zurab Pololikaşvili turizmin davamlı inkişaf etməsinin iqtisadi rifah üçün böyük imkanlar yaratması ilə yanaşı, bir sıra problemlərə də səbəb olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu sektoru təhlükəsizlik və mühafizə çağırışlarına, davamlı bazar dəyişikliklərinə, rəqəmsallaşmaya və təbii ehtiyatların məhdudluğuna uyğunlaşdırmaq DTT-nin ümumi fəaliyyət prioritetlərindən olmalıdır.
Cəmiyyətin Dayanıqlı İnkişafın 17 məqsədinə doğru irəlilədiyini qeyd edən baş katib DTT-nin dövlət və özəl sektorla tərəfdaşlıq münasibətləri qurmasına, hamı üçün iş yerləri və imkanlar yaradılmasına, texnologiya və innovasiyalardan istifadə edilməsinə xüsusi diqqət yetirəcəyini və iqlim dəyişikliyini yaradan səbəblərə qarşı mübarizə aparacağını bildirib. O, üzv dövlətlər və tərəfdaşlarla birlikdə hamının rifahı naminə daha rəqabətqabiliyyətli və məsuliyyətli turizm sektoru qurmağa ümidvar olduğunu deyib.
banner

Oxşar Xəbərlər