• cümə, 29 Mart, 00:28
  • Baku Bakı 7°C

Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilənlərin sayı 730 nəfərə çatıb

20.06.17 12:40 1377
Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilənlərin sayı 730 nəfərə çatıb
Prezident İlham Əliyevin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" 7 aprel 2016-cı il tarixli sərəncamına əsasənƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyitərəfindən verilmiş aktivlər (mal və materiallar) hesabına yeni yaradılan fərdi təsərrüfatların sayı getdikcə artır.
"APA-Economics" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziriSəlim Müslümovbildirib.
"Bu günə olan məlumata əsasən, özünüməşğulluq proqramı çərçivəsində artıq 60-dan çox rayon və şəhər üzrə 730 nəfərə qədər işsiz və işaxtaran şəxsin aktivlərlə təminatı həyata keçirilib. Onların hər biri verilmiş mal və materiallar əsasında ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını biznes-planlarında nəzərdə tutulan qaydada formalaşdıra biliblər", - deyə nazir qeyd edib.
S.Müslümov bildirib ki, proqram çərçivəsində 1400 nəfərə yaxın şəxsin özünüməşğulluğuna şərait yaradılması nəzərdə tutulub: "Bildiyiniz kimi, "İşsizlikdən sığorta haqqında" qanunun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul olunub. Əgər digər oxunuşlarda qanun layihəsi qəbul olunarsa, bu qanunun 2018-ci il yanvar ayının 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Yeni qanun özünüməşğulluq sahəsində işləri daha geniş müstəvidə davam etdirməyə də əsas yaradacaq. Belə ki, qanunun qüvvəyə minməsi işsizlikdən sığorta haqları hesabına toplanmış vəsait hesabına iki istiqamətdə mühüm addımların atılmasına təminat verəcək. Yəni bir tərəfdən müəssisənin ləğvi və ya işçilərin sayı, yaxud ştatların ixtisarı nəticəsində işini itirmiş şəxslərin işsizlik müavinəti ilə təmin olunmasına, digər tərəfdən aktiv məşğulluq tədbirlərinin, xüsusən özünüməşğulluq proqramının əhatə dairəsini xeyli genişləndirməyə, yəni il ərzində təqribən 5-6 min nəfərin özünüməşğulluq proqramına cəlb edilməsinə imkan yaranacaq".
banner

Oxşar Xəbərlər