• şənbə, 20 Aprel, 10:51
  • Baku Bakı 14°C

Özünüməşğulluq layihəsi çərçivəsində indiyədək 1377 işsiz və iş axtaran şəxs öz ailə biznesini qurub

07.10.17 09:35 1541
Özünüməşğulluq layihəsi çərçivəsində indiyədək 1377 işsiz və iş axtaran şəxs öz ailə biznesini qurub
Gənclər siyasəti məsələsi Azərbaycan hökumətinin gündəliyində duran əsas məsələlərdən biridir. Bununla bağlı "Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramının qəbulu əlamətdar haldır. Bu proqramda gənclərin hərtərəfli inkişafı və onların sağlamlığının qorunması, milli ruhda tərbiyəsi istiqamətində çoxsaylı tədbirlər nəzərdə tutulub. Bunların sırasında gənclərin məşğulluğunun təmin olunması, onlara sahibkarlıq sahəsində bilik və bacarıqların verilməsi mühüm əhəmiyyət daşıyır. Proqram çox müfəssəldir və orada gənclərin sahibkarlıqla məşğul olması məsələlərinin, imkanlarının genişləndirilməsi ilə bağlı çoxsaylı tədbirlər nəzərdə tutulub.
AZƏRTACxəbər verir ki, bu sözləri jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.
O bildirib ki, yeni çağırışlar nəzərə alınaraq gənclərin məşğulluğu məsələsi istiqamətində nazirlik tərəfindən yeni layihə hazırlanıb və aidiyyəti üzrə təqdim edilib.
Yeni Milli Məşğulluq Strategiyası 2017-2030-cu illəri əhatə edəcək. Burada əsas məqsəd məhz inklüziv məşğulluğun təmin olunmasıdır. Həm gənclərin, həm qadınların, həm də əlillərin və digər sosial cəhətdən həssas qruplara daxil olan əhali kateqoriyalarının məşğulluğunun təmin olunmasından söhbət gedir.
"Yeni strategiyada bir sıra məqamları var. Onlardan biri də özünüməşğulluq konsepsiyasının geniş şəkildə tətbiqidir. Dövlət başçısının müvafiq Sərəncamı ilə 2016-cı ilin aprelindən özünüməşğulluq layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində 1377 işsiz və iş axtaran vətəndaşımız öz ailə biznesini qurub. Bu 1377 nəfərdən 23 faizini məhz gənclər təşkil edir. Əldə olunmuş nəticələr onu göstərir ki, bu özünü doğruldub və gələcəkdə işsizlikdən sığorta qanunun qəbul edilməsi ilə əldə olunacaq vəsaitlər hesabına özünüməşğulluq layihəsinə cəlb olunacaq gənclərin sayı bir neçə dəfə artırılması nəzərdə tutulur”, - deyə nazir müavini bildirib.
banner

Oxşar Xəbərlər