• şənbə, 20 Aprel, 11:28
  • Baku Bakı 14°C

Özünü təriflədi

01.06.18 12:15 708
Özünü təriflədi
"Monako”nun baş məşqçisi Leonardo Jardim işə münasibətindən danışıb.
Kaspi.az xəbər verir ki, Jardim kimisə üstələmək kimi hədəfinin olmadığını bildirib. Bununla bələ, o, özünü top-məşqçilər siyahısına daxil edib:
"Daim deyirəm ki, kimisə üstələmək kimi hədəfim yoxdur. Belə iş metodu mənə yaddır.
Amma onu da deyim ki, özümü də heç kimdən zəif mütəxəssis saymıram. Hesab edirəm ki, Avropa səviyyəliyəm və top-məşqçilər siyahısındayam.
Son 4 ildə daim zirvədə qalmağı bacaran məşqçilərin sayı o qədər də çox deyil”.
Portuqal mütəxəssis "Monako”nu 2016/2017 mövsümündə çempion edib. Başa çatan mövsümdə isə knyazlıq klubu gümüş medal qazanıb.
banner

Oxşar Xəbərlər