• cümə, 19 Aprel, 14:05
  • Baku Bakı 25°C

Özünü təriflədi, Messi və Ronaldoya yaxınam

26.09.17 12:35 1296
Özünü təriflədi, Messi və Ronaldoya yaxınam
"Tottenhem”in hücumçusu Harri Keyin hazırda dünyanın ən yaxşı futbolçularından biri olduğunu bildirib.
Kaspi.az xəbər verir ki, Keyn özünü Messi və Ronaldo ilə də müqayisə edib. O, bu futbolçuların səviyyəsinə yaxın olduğunu vurğulayıb:
"Ronaldo və Messinin uğurlarından vəcdə gəlirdim. Sosial şəbəkələrin olduğu indiki zamanda azarkeşlərdən uzaq durmaq çox çətindir.
Mən dünyanın ən yaxşı futbolçusu olmaq istəyirəm. Azarkeşlər bu haqda danışanda, hiss edirəm ki, Messi və Ronaldonun səviyyəsinə yaxınam.
Bu, əla stimuldur. İndi növbəti addımı atıb, dünyanın elitar futbolçularının sırasına qoşulmaq lazımdı”.
24 yaşlı futbolçu cari mövsümdə "Tottenhem”də keçirdiyi 7 oyunda 6 qol vurub. O, klub karyerasında keçirdiyi 237 qarşılaşmada 121 dəfə fərqlənib.
banner

Oxşar Xəbərlər