• cümə axşamı, 28 mart, 23:03
  • Baku Bakı 13°C

Özünü sevməyən, amma hamının sevimlisi olan aktyor - Fotolar

28.09.19 09:30 19706
Özünü sevməyən, amma hamının sevimlisi olan aktyor - Fotolar
Kimin ağlına gələrdi ki, tamaşaçıların sevimlisi Oleq Basilaşvili özünü hər dəfə ekranda görəndə utancaqlıq hiss edir. O, özünün zahiri görkəmindən narazı idi. Hətta, Eldar Ryazanovun ümumittifaq şöhrəti qazanan və bütün qəhrəmanlarını şöhrətləndirən «İşdə məhəbbət macərası» filminin təqdimatında da belə oldu: Basilaşvili demək olar ki, özünə aid olan heç nəyi - səsini də, hərəkətlərini də bəyənmədi. Bununla belə, Ryazanov-Basilaşvili yaradıcılıq tandemi çox uğurlu oldu və sovet kinematoqrafiyasına gözəl filmlər bəxş etdi... Sentyabrın 26-da isə hamının sevimlisi Oleq Basilaşvili 85 yaşını qeyd etdi.

Mübaliğəsiz demək olar ki, bu aktyorun adı sovet və Rusiya kinematoqrafiyasının tarixinə qızıl hərflərlə yazılıb. Axı, Oleq Basilaşvilinin oynadığı bədii obrazların hamısı xalqın ruhuna yaxın idi. İstər-istəməz, tamaşaçılar həmişə müzakirə edib: o, yaratdığı personajlardan ən çox hansına bənzəyir – Yuri Samoxvalova, zavallı Platon Ryabininə, kədərli Volandaya? Deyəsən, heç birinə, axı, həyatda tamamilə başqadır.

İnstitutdan qovdular

Basilaşvilinin böyük və mehriban ailəsi vardı. Valideynlərindən başqa evlərində Oleqin Jora adlı ögey qardaşı, nənəsi və babası olurdu. Hamısı birlikdə Pokrovskidəki nənəsinə məxsus köhnə evdə yaşayırdılar. Ailəyə nənə başçılıq edirdi. Nizam-intizama, evin səliqə-sahmanına və təmizliyinə baxır, evdə rahatlığın və komfortun yaradılmasına məhz Olqa Nikolayevna nəzarət edirdi. Qadın günün çox saatını nəvələri ilə keçirir, onların tərbiyəsi ilə məşğul olur, hətta, hərdən onları çox ciddi olmasa da, cəzalandırırdı.

Müharibə illərində Basilaşvilinin ailəsi Tbilisiyə evakuasiya olunmuşdu. Həmin illər hamını şiddətlə təqib edən aclıq illəri idi. Həmçinin Oleqin zəif düşmüş orqanizmi müxtəlif xəstəliklərə demək olar ki, çətinliklə güc gəlirdi. O, vərəmə tutulsa da, bu xəstəliyə çətinliklə qalib gəlmişdi. Müharibə zamanı böyük qardaşı Georqi də itkin düşmüşdü. O, kapitan rütbəsinə yüksəlmişdi. Yaralanmış, sağalandan sonra döyüş bölgəsinə yollanmışdı. Amma təyinat yerinə gedib çıxmamışdı. O vaxtdan onu "gördüm” deyən olmamışdı.


Ailə paytaxta yalnız 1943-cü ildə dönə bildi. Oleq 234 saylı məktəbin üçüncü sinfində oxumağa davam etdi. Oxumağı sevmirdi və məktəbin ab-havası onda qəm-qüssə yaradırdı. Basilaşvilinin dəqiq elmlərlə arası yox idi. Ona görə də, saatlarla oturmalı olurdu və nəticədə bütün fənlərdən geri qalmağa başlamışdı. Beləliklə, o, məktəbi bitirənə kimi qiymətləri "3”-dən "2”-yə endi. Buraxılış sinfində Oleqi «Qızıl inək» əsərini təriflədiyinə görə, etimadsızlıqda təqsirləndirdilər. Bu işdən ötrü məktəbdən də qovula bilərdi. Xoşbəxtlikdən bunu etmədilər. Rəssamlıq Akademiyasını bitirməsinə isə mane oldular. Oleqi postimpressinizmdə təqsirləndirib, tədris müəssisəsindən qovdular.

Ancaq taleyin belə zərbələri balaca oğlanın gözəlliklərə olan sevgisini azaltmadı. O, yeniyetmə ikən teatrla maraqlanmağa başladı. Heç bir premyeranı ötürməməyə çalışırdı. Və çox tezliklə özünün də bu səhnədə olmaq istəyini başa düşdü. O, bədii özfəaliyyət qrupuna yazıldı. Quruluşlarda iştirakı yaxşı başlanğıc oldu. Aktyorluğa aid bir çox vacib vərdişləri mənimsədi. Nəhayət, oxumaq üçün arzusunu reallaşdırdı. Basilaşvili Teatr İnstitutuna daxil olmağı qərara aldı və Moskva Bədaye Teatrının məktəb-studiyasını seçdi. Onun müəllimi tanınmış sənətkar Pavel Massalski idi. Müəllimləri demək olar ki, ona boş vaxt vermir, gəncdən nizam-intizam tələb edir, sənət vərdişlərini öyrənməyə sövq edirdilər.


Diplom alandan sonra bütün tələbələr ölkə teatrlarına təyinat aldılar. Basilaşvili və onun həyat yoldaşı Tatyana Doronina da onların arasında idi. Onlar Stalinqrad vilayət Dram Teatrına göndəriş aldılar. Arzuları paytaxtda qalmaq olsa da, "xidmət” yerinə getməyə məcbur idilər. Ancaq tezliklə «sürgün» bitdi. 3 aydan sonra demək olar ki, truppada onlara rol vermirdilər.

Samoxvalov istisna idi...

Basilaşvili həyat yoldaşı ilə Leninqrada gəldi. Tatyananın valideynləri bu şəhərdə yaşayırdı. Gəncləri Leninqrad Teatrının truppasına qəbul etdilər. Hər ikisinə öz istedadlarını göstərmək üçün imkan yarandı. Ancaq yarım ay keçəndən sonra rejissor Georgi Tovstonoqovun dəvəti ilə onlar Leninqrad teatrını tərk edib Leninqrad Böyük Dram Teatrına getdilər. Əslində rejissor Doroninanı teatra dəvət etmişdi. Aktrisa Basilaşvilinin də teatra qəbul edilməsini şərt kimi qoymuşdu. Basilaşvili üçün də bu teatrın səhnəsi uğurlu oldu. Ancaq kinematoqrafiyada bioqrafiyası hələ parlamamışdı. 1956-cı ildə Basilaşvili ilk dəfə olaraq «Gəlin» filminə çəkildi. Rolu o qədər epizodik idi ki, tamaşaçılar hətta gənc aktyoru xatırlamırdı. Basilaşvili nadir hallarda və epizodik rollara çəkilirdi. 1966-cı ildə o, rejissorlardan dəvətlər almağa başladı. «Əbədi çağırış» filmindən sonra o, nisbətən rejissorların diqqətini çəkdi. 1967-ci ildə artıq onun kino karyerası teatrla paralel inkişaf etməyə başladı. Tovstonoqov da ona xarakterik rollar verirdi. Bunlar əsasən komedik personajlar idi – Xlestokov, Mamayev… Basilaşvilinin teatr karyerasının ən səs-küylü illəri 70-ci illərə təsadüf etdi. Ümumittifaq şöhrəti onu 1977-ci ildə «İşdə məhəbbət macərası» filminə çəkiləndən sonra haqladı. Samoxvalov rolu onu bütün ölkədə tanıtdı. Ümumiyyətlə, ekran əsərinin bütün aktyorları "ulduzlar” idi. Oleqi küçədə tanıyır və rolunun adı ilə çağırırdılar. Onun qəhrəmanı mənfi obraz idi. Tamaşaçılar adətən müsbət personajları xoşlayırlar. Ancaq Samoxvalov istisna idi...
Şöhrətin yeni dalğası

1975-ci ildə Oleq Basilaşvili atasının ölümü ilə bağlıEldar Ryazanovun"Qəribə təsadüf və ya həmişə təmizlikdə"filmindəkiİppolit roluna çəkilməkdən imtina etdi. 1979-cu ildə isə aktyor Georgi Daneliyanın «Payız marofonu» filmində çəkildi. O, bu filmdə çəkiliş meydanına Natalya Qundareva, Yevgeni Leonov, Marina Neelova kimi aktyorlarla çıxdı. 1982-ci ildə Basilaşvilinin çəkildiyi daha bir film – «İki nəfər üçün vağzal» prokatda lider oldu. Eldar Ryazanovun məşhur ekran əsəri aktyoru daha da şöhrətləndirdi. Basilaşvilinin personajı ona şöhrətin yeni dalğasını və xalq məhəbbətini qazandırdı.

1990-cı illərin böhranı Oleq Basilaşvilidən yan keçdi. O, əvvəlki kimi çəkilir, baş qəhrəmanları oynayır, Eldar Ryazanovun əsas obrazlarını canlandırırdı. 1990-1993-cü illərdəRSFSR-in millət vəkili olur.

2005-ci ildə aktyoru «Ustad və Marqarita» filminin çəkilişinə dəvət etdilər. Son illər Oleq Basilaşvili öz pərəstişkarlarını nadir hallarda yeni işləri ilə sevindirir. Onun iştirakı ilə ekrana bir neçə serial da çıxıb. 2015-ci ildə aktyoru «Sərhədsiz” kinoalmanaxının çəkiliş meydanına dəvət ediblər.

Oleq Basilaşvili təkcə məşhur aktyor deyil, həmçinin ölkənin ictimai həyatından kənar qalmayan vətəndaşdır. Məsələn, onun Krıma aid öz fikirləri var. Aktyor Rusiya hökumətinin Ukraynaya münasibətində pozitiv fikirlərini deməkdən çəkinmir. O, sənət adamlarını da bu məsələdə prezident Putini dəstəkləməyə çağırır. Buna görə də, Oleq Basilaşvilinin adı ukraynalıların "qara” dəftərinə düşüb. Ona Ukraynaya gəlmək qadağan olunub. Basilaşvili isə belə siyahıları, sadəcə əhəmiyyətsiz hesab edir. Aktyor 2006-cı ildə "Əsrin avtoqrafı” kitabının buraxılışında iştirak edib.

Aktyor siyasətə çox vaxt ayırdığından, demək olar ki, sənətindən uzaq düşüb. 2016-cı ildə o, Dövlət Dumasına seçkilərdə "Alma” Partiyasını dəstəkləyib. Onu hətta «Mənim qəhrəmanım» proqramına da dəvət ediblər. Aktyorun qızı Kseniya atası haqqında "O, özündən razı olmayan adamdır. Əvvəllər o, daim idman edərdi, qaçardı, orqanizmindəki çatışmazlıqlardan qurtulmağa çalışardı. Sonra bunlara fasilə verdi. Onun üçün ailəsi və yaxınları həmişə birinci yerdə olub” deyir.

Dostları isə Basilaşvilinin utancaq olduğunu deyirlər. Hətta, bu barədə əfsanələr dolaşır. Bu, əfsanələrdən birinə görə, o, «İki nəfər üçün vağzal» filminin ilk çəkiliş günündə Lyudmila Qurçenko ilə öpüşməli imiş. Oleq Valerianoviç rejissora həmin səhnənin çıxarılmasını, hətta, roldan imtina etməyə hazır olduğunu deyib. Ryazanov çaşbaş qalıb. Qurçenko vəziyyətə düzəliş etməyi bacarıb. O, həmkarına kömək edəcək dialoqu yazıb.

Ailə və karyera bir arada

Oleq Basilaşvili 1955-ci ildə kurs yoldaşı Tatyana Doronina ilə ailə həyatı qurub. Onlar gənc aşiqlər kimi, qarşıda uzun ailə həyatının onları gözlədiyini düşünürdülər. Ancaq cəmi 8 il keçəndən sonra başa düşdülər ki, hisslər qurtarıb və cütlük boşanmağı qərara aldı. Ər-arvad normal münasibətlərini qoruyub saxladılar. Bir-birlərinə qarşı hər hansı iddiaları və inciklikləri olmadı. Onların bu evlilikdən övladları yox idi. Basilaşvilinin valideynləri övladlarının seçimindən razı deyildilər. Ancaq Leninqrad Teatrında Doroninanın uğurlu karyerası bu söz-söhbətləri bir az da alovlandırdı. Aktyorun ürəyindəki şübhələr daha da çoxaldı və günlərin birində onların nikahını dağıtdı.

Bir neçə ildən sonra Oleq Basilaşvili onun şəxsi həyatını tamamilə dəyişən qadınla rastlaşdı. Bu, jurnalist Qalina Mşanskaya idi. İlk iki ildə onlar vətəndaş nikahında yaşadılar, sonra isə münasibətlərini rəsmiləşdirdilər. Bu nikahdan aktyorun Olqa və Kseniya adlı qızları doğuldu. Cütlük birlikdə uzun illər yaşayıb. Onlar 2011-ci ildə "Qızıl yubiley”lərini qeyd ediblər. Doğulan nəvələri isə ailələrini daha da bütövləşdirib. Basilaşvili "kino və teatr karyeram həsəd doğuracaq qədər uğurlu olub. Ailə xoşbəxtliyim isə mənim üçün daha önəmlidir. Şükür ki, bunu da əldə etməyi və qoruyub saxlamağı bacarmışam. Əsas məsələ həyatda mübariz olmaqdır” - deyir.
Rusiya mətbuatından tərcümə etdi:
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər