• cümə axşamı, 25 aprel, 21:33
  • Baku Bakı 21°C

Özünü müdafiə edərkən adam öldürən qız azadlığa buraxıldı

16.07.13 15:44 1359
Özünü müdafiə edərkən adam öldürən qız azadlığa buraxıldı
Sabunçu rayon Məhkəməsində Rafiq İsmayılov adlı şəxsi bıçaqlayaraq qətlə yetirən 20 yaşlı S. H.-nın (ad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm elan olunub. Hökmə əsasən, S. H.-nın barəsində bəraət hökmü çıxarılıb və o, azadlığa buraxılıb.
Qeyd edək ki, R. İsmayılov S. H.-ya qarşı cinsi zorakılıq etmək istəyib. Bu zaman özünü müdafiə edən qız əlindəki bıçaqla R. İsmayılovu bıçaqlayıb. R. İsmayılov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
S.H. Cinayət Məcəlləsinin 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
banner

Oxşar Xəbərlər