• şənbə, 20 Aprel, 00:34
  • Baku Bakı 15°C

"Özünəməşğulluq proqramı çərçivəsində 5500 nəfər aktivlər alıb"

29.01.19 14:07 442
"Özünəməşğulluq proqramı çərçivəsində 5500 nəfər aktivlər alıb"
"Ötən il ərzində özünəməşğulluq proqramı 6 dəfədən çox genişləndirilib".
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziriSahil Babayevdeyib.
O bildirib ki, 2018-ci ildəbu istiqamətdənazirliyə 7800 vətəndaş müraciəti qəbul olunub: "Onlardan 7200-ü müxtəlif kurslar, proqramlar, təlimlərdən keçərək öz biznes planlarını müdafiə ediblər. Artıq 5500 nəfər aktivlərini alıblar. Bu mütəmadi davam edən bir prosesdir".
Nazir qeyd edib ki, bu tədbirlər çərçivəsində vətəndaş ələbaxımlılıqdan qurtarılır: "Həmin insan öz əməyi ilə öz təsərrüfatını qurur. Bu günə qədər 200-dən artıq özünəməşğulluqla məşğul olan ailədə olmuşam, hər birində çox ciddi ümid və niyyət var".
S.Babayevin sözlərinə görə, özünəməşğulluq proqramına müraciətlərin təqribən 85 faizi heyvandarlıqla bağlıdır: "Qalan 15 faiz isə istehsalat və xidmət sahələridir. Burda da bizim ciddi potensialımız var. Aralarında şirniyyat sexi, gözəllik salonu, internet kafelər açmaq, iaşə xidmətləri göstərmək istəyənlər də olur. Eyni zamanda müxtəlif oyma, sənətkarlıq nümunələri, xalçaçılıq dəzgahları istəyənlər də var.Bu il proqramın daha da genişləndirilməsi nəzərdə tutulur".
banner

Oxşar Xəbərlər