• şənbə, 20 Aprel, 18:14
  • Baku Bakı 24°C

Özünə qoyulmur, bu dəfə fotoaparatı sındırdı

28.10.19 13:15 738
Özünə qoyulmur, bu dəfə fotoaparatı sındırdı
"Breşia”nın futbolçusu Mario Balotelli yenə də öz ampluasındadır.
Kaspi.az xəbər verir ki, Mario növbəti dəfə insident törədib. "Cenoa” ilə qarşılaşmada (1:3) heç nə ilə yadda qalmayan Balotelli oyunun 72-ci dəqiqəsində əvəzlənib.
Mario əvəzləndiyi üçün əsəbiləşib və hirsini jurnalistin fotoaparatından çıxıb. O, meydanı tərk edərkən fotoaparatı təpikləyib. Fotoaparatın sahibi məsələyə belə münasibət bildirib:
"Balotelli əvəz olunarkən kameranı sanki futbol topu kimi vurdu. Fotoaparata ciddi zədə dəyib və işləmir. Bərk əsəbiləşmişəm. İnsanlara, onların çörək pulu qazandıqları alətlərə hörmətlə yanaşmaq lazımdır”.
banner

Oxşar Xəbərlər