Özündən 31 yaş kiçik xanımla eşq macərası yaşayır
Braziliya yığmasının sabiq futbolçu Romario yeni eşq macərası
yaşayır.
Kaspi.az xəbər verir ki, Romario Ana Karolin Nazario adlı xanımla
görüşür. Bir neçə gün əvvəl o, əfsanəvi
futbolçu ilə çəkilmiş şəklini sosial şəbəkədə paylaşıb. Ana şəklə belə şərh
yazıb:
"Sevgi. Bu dünyada təsadüfən heç nə olmur. Həmişə motiv və səbəb var.
İnsanlar hansı səbəbdənsə bizim həyatımıza gəlirlər, nəsə göstərirlər. Sən də
gəldin və necə sevmək lazım olduğunu göstərdin”.
Ana 53 yaşlı Romariodan 31 yaş kiçikdir.
Romario 1994-cü ildə Braziliya yığmasının heyətində dünya çempionu
olub.