• cümə axşamı, 25 aprel, 13:19
  • Baku Bakı 23°C

“Özün rənglə”

13.04.15 13:20 2414
“Özün rənglə”
“Amazon” 2015-ci ilin ilk dörd ayı ərzində ən çox satılan kitabın adını açıqlayıb. Onsuz da yanılacağınız təxminləri sıralamamış bildirək ki, bu nə Harper Linin romanıdır, nə də Corc Martinin. Hətta yetkinlik yaşına çatmış insanların ən çox aldığı kitab belə deyil. “Guardian” xəbər verir ki, amazon.com-un ən çox satılan kitab siyahısına İsveçli illüstrator Cohanna Basfordun “Özün rənglə” tapşırıqlı şəkil kitabı başçılıq edir. Basfordun “Gizli bağça” (“Secret Garden”) əsərindəki flora və fauna təsvirlərindən ilhamlanaraq yaratdığı illüstrasiyalardan ibarət kitab 1,4 milyon nüsxə satılıb. Martda işıq üzü görən təkrar nəşrdən isə 226000 nüsxə alınıb. Hətta koreyalı müğənni Kim Ki Bum kitabda rənglədiyi şəkilləri də İnstagram hesabından izləyiciləri ilə paylaşıb. “LaurenceKing” dövlət nəşriyyatının marketinq məsələləri üzrə məsul şəxsi Eleanor Blezeruik deyib: “Bu, özünü sınamayanlar üçün axmaq iş kimi görünə bilər. Amma inanın ki, mən özüm o qədər zövq aldım ki. Fantastik dəlilikdir, əyləncədir”.
Bu tip kitabların siyahısını Riçard Merritin “İncəsənət terapiyası – kitab rəngləmə”, Milli Marottanın “Heyvanlar krallığı”, Maykl Omaranın “Klassik kitab rəngləmə” kitabları davam etdirir. Britaniyalı naşir Ana MakLaflin bu kitablarla bağlı verdiyi açıqlamada bildirib ki, əslində bu nümunələrə maraq 2010-cu ildən başlayıb: “Bu kitabların xüsusi alıcıları var. İnsanın əhvalına, psixologiyasına təsir edən bu kitabların psixoloji əsərlərdən çox satılacağını iddia edənlərə inanmamışdıq. Bizdə ilk belə kitab 2012-ci ildə nəşr olunub. Sadəcə, satış göstəricilərini görmək üçün “Böyüklər üçün yaradıcı rəngləmə” kitabını dərc etdik. Sonra həmin il biz o kitabı dəfələrlə nəşr etməli olduq. İnsanların çoxu uşaqlıqda qaçırdıqları əyləncələrə meyl etdiyi üçün, bəziləri zehni yorğunluq yaşamadan dincəlmək istədiyi üçün, bəziləri isə sadəcə, hobbi üçün bu kitabları alır. Sonra kitab bazarında bu nümunələr göbələk kimi sürətlə artmağa başladı. Nə olursa- olsun, bu da incəsənətin bir növüdür və insanların buna meyl etməsində təhlükəli bir şey yoxdur”.
banner

Oxşar Xəbərlər