• şənbə, 27 Aprel, 09:02
  • Baku Bakı 12°C

Zümrüd Yağmurun Fuad Qəhrəmanlıdan boşanma işi üzrə məhkəmə prosesi təxirə salınıb

26.09.19 12:36 699
Zümrüd Yağmurun Fuad Qəhrəmanlıdan boşanma işi üzrə məhkəmə prosesi təxirə salınıb
Bu gün Abşeron Rayon Məhkəməsində Zümrüd Yağmurun boşanma ərizəsi əsasında həyat yoldaşı, AXCP sədrinin sabiq müavini Fuad Qəhrəmanlıya qarşı məhkəmənin hazırlıq iclası təxirə salınıb.
Trend-in məlumatına görə, məhkəmənin təxirə salınmasına səbəb F.Qəhrəmanlı və vəkilinin iclasa gəlməmələri olub.
Qeyd edək ki, sentyabrın 19-da F.Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina etməsi ilə bağlı məlumat yayıb. O, imtinaya səbəb kimi özünün, bacısının və anası Zümrüd Yağmurun F.Qəhrəmanlı tərəfindən dəfələrlə zorakılıq, təzyiq və şiddətlərə məruz qalmasını göstərib. Zümrüd Yağmur boşanma ərizəsi ilə məhkəməyə müraciət edib.
F.Qəhrəmanlı sentyabrın 20-də AXCP sədrinin müavini vəzifəsindən istefa verib.
banner

Oxşar Xəbərlər