• cümə, 29 Mart, 12:33
  • Baku Bakı 14°C

Zümrüd Qasımovadan idmançılarımıza dəstək gəldi - Foto

18.06.15 18:31 7360
Zümrüd Qasımovadan idmançılarımıza dəstək gəldi - Foto
Tanınmış aparıcı, aktrisa Zümrüd Qasımova Xəzər televiziyasında aparıcısı olduğu “Yeri gəlmişkən” verilişində nümunəvi hərəkəti ilə diqqət çəkib. Belə ki, o gündəlik olaraq Avropa Oyunları ərəfəsində ölkəmizə qızıl medal qazandıran idmançılarımızın şəkillərini köynəyinə həkk etdirərək, efirə həmin köynəklə çıxır. Bunu idmançılarımıza dəstək məqsədilə etdiyini qeyd dedən Zümrüd Qasımova bu hərəkətinin idmançılarımıza böyük stimul verdiyini deyir: “İdmançılarımıza dəstək olmaq üçün hər gün qaliblərimizin şəkillərindən ibarət köynəklərlə efirə çıxıram. Bu gün verilişimin qonağı olan Firdovsi Fərzəliyev əynimdə onun rəsmi olan köynəyi gördükdə çox sevindi. Bildirdi ki, bu vaxta qədər çempion olduğunu elə də hiss etməyib, amma əynimdə öz rəsmimdən ibarət olan köynəyi gördükdən sonra fikrini dəyişib”.
Z.Qasımova idmançılarımızdan böyük qələbələr gözlədiyini, onlara vətəndaş olaraq daima dəstək olduğunu da qeyd etdi: “Hər gün verilişdə qələbə qazanan idmançılarımız haqqında danışıram. Yəni mövzumuzun nə olmasından asılı olmayaraq onlar mənim diqqət mərkəzimdədir. Qazandığımız hər bir medal haqqında efirdən məlumat verməyi özümə borc bilirəm. Bizim əlimizdən də bu gəlir. Onlara daima dəstə olmağa çalışıram. İndiyə kimi bir çox idmançılarımızın Rafael Ağayevin, Firdovsi Fərzəliyevin, Ayxan Mamayevin və digər qızıl medal qazanan idmançılarımızın rəsmi əks olunan köynəkləri geyinmişəm. Qeyd edim ki, Avropa Oyunlarının sonunda bütün qaliblərini şəklindən ibarət köynək düzəltdirəcəm”.

banner

Oxşar Xəbərlər