• cümə axşamı, 28 mart, 19:10
  • Baku Bakı 13°C

“Özümə çox güvənirəm” – Uğur hekayəsi

01.08.16 10:32 4719
“Özümə çox güvənirəm” – Uğur hekayəsi
Hədəfi ən yaxşı rəqəmsal departament rəhbəri olmaqdır. Özünə çox güvənir. Deyir ki, bu, bəzən eqoizm kimi dəyərləndirilsə də, qətiyyən eqoist deyil. Özünə güvənməklə eqoizm arasında incə bir cizginin olduğunu düşünür. Müsahibimiz Times Consulting-in Rəqəmsal departamentinin rəhbəri Niyazi Qasımovdur. Onunla yaxından tanış olaq...

- Ömrümdə bir dəfə kursa getmişəm. O da ikinci sinifdə oxuyanda kompyuterdə yazmağı öyrənmişəm. O vaxtdan beynimdə kompyuterlə nələrsə edəcəyəm tipli fikir yaranmışdı. Liseydə oxuyanda isə "Software development” üzrə ixtisaslaşmaq istəyirdim. 10-cu sinifdə forumlarda Google reklamçılıqla tanış oldum və dərs alaraq Azərbaycanda "Google Adwords” ("Google Reklamları”) üzrə sertifikat aldım. Sonra universitet həyatı başladı. Azərbaycan Memarlıq və İnşaat Universitetində Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə təhsilimi davam etdirdim. Amma orta statistik Azərbaycan tələbəsindən fərqli olaraq, müəllimin verdikləri ilə kifayətlənmədim. Düşünürəm ki, bir tələbənin öyrənmə modeli ancaq müəllimlərinin verdiyi tapşırıqları yerinə yetirməklə bitməməlidir. Buna görə də daim axtarışda olur, internet vasitəsilə nələrisə öyrənməyə çalışırdım.
Bizdə belə bir psixologiya var ki, onsuz da oxuduğun bir işə yaramayacaq. Öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, Azərbaycanda öz işini bilərək və çox çalışaraq yaxşı yerlərə gəlib çata bilərsən. Müəllimlərin öyrətdiyindən əlavə materiallar oxumağım, çalışmağım sayəsində 2-ci kursda təhsil aldığım universitetin rəhbərliyi tərəfindən universitetin mühəndis-proqramlaşdırıcısı vəzifəsinə təyin olundum. Artıq İKT şöbəsində yarımştat olaraq rektorantlığın işçisi kimi çalışırdım. Bu, əyani sübutdur ki, oxumaq işə yarayırmış. Günün bir hissəsini dərsdə olur, digər hissəsini işdə keçirirdim. Bir il yarımdan sonra, 3-cü kursda işdən çıxdım. Çünki universitetdə qalıb karyera qurmaq düşüncəsi mənə görə deyildi. Mən daha çox sərbəst işləri xoşlayıram.
- Ənənəvi sualımız: uğur sirriniz nədədir?
- Özümə çox güvənirəm. Bu, bəzən eqoizm kimi dəyərləndirilir, amma qətiyyən eqoist deyiləm. Özünə güvənməklə eqoizm arasında incə bir cizgi var.
- Özünüzə çox güvəndiyinizi deyirsiniz. Hədəfiniz nədir?
- Əvvəlcə hədəfim rəqəmsal departament rəhbəri olmaq idi. Bu hədəfimə çatmışam. İndi isə hədəfim ən yaxşı rəqəmsal departament rəhbəri olmaqdır.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər