• cümə axşamı, 28 mart, 23:04
  • Baku Bakı 13°C

Zülfüqar Mirzəyev: Azərbaycan xalqı öz gələcəyinə səs verəcək

22.03.18 14:30 780
Zülfüqar Mirzəyev: Azərbaycan xalqı öz gələcəyinə səs verəcək
Biz Rusiyada məskunlaşan azərbaycanlılar doğma vətənimizdən uzaqlarda yaşasaq da,ürəyimizdaim Azərbaycan ilə döyünür. Azərbaycan böyük inkişaf yolu qət edib. Biz bununla fəxr edirik. Ölkəmizdə tolerantlıq var, müxtəlif dinlərin nümayəndələri Azərbaycanda firavan yaşayırlar.
Bu fikirləri sechki-2018.az saytına açıqlamasındaRusiya Federasiyası Udmurtiya Muxtar Respublikasının İjevsk şəhərində "Dostluq" - Udmurtiya Azərbaycan İctimai Mərkəzinin rəhbəri Zülfüqar Mirzəyev deyib.
O bildiribki, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanda sabitlik hökm sürür:"Bu da əlbəttə ki, insanların həyat şəraitinə yaxşı formada təsir edir. Ölkə iqtisadiyyatına çoxlu investisiyalar qoyulur, Azərbaycan iqtisadi tərəqqi dövrünü yaşayır. Məhz bu səbəbdən 11 aprel prezident seçkilərinin nəticəsi əhəmiyyətlidir. Əminəm ki, Azərbaycan xalqı seçkidə fəal iştirak edəcək və öz gələcəyinə səs verəcək. Seçkilərin tam demokratik, şəffaf keçəməsi üçün isə bütün lazımi şərait var”.
banner

Oxşar Xəbərlər